Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
14:35
346
`Donuz qripi`nə qarşı heç bir vaksin yoxdur`

"Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur". 

Bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, mətbuat orqanları bu məsələdə diqqətli olmalıdır: "Qonşu ölkələrdə "donuz qripi"nin olması bildirilir. Əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını almaq ixtiyarındadır. Bu qripə qarşı heç bir vaksin yoxdur".

İ.Ağayev qeyd edib ki, qriplə xəstələnmə hər zaman olub, bundan sonra da olacaq: "Hər bir insan özünün həkimi olmalıdır. Qrip mövsümi xəstəlik olduğu üçün havalar soyuyanda xəstəliyin yayılması təbiidir. Bundan qorunmaq üçün də insanlar diqqətli olmalı, qoruyucu maskalardan mütləq istifadə olunmalıdır".

O əlavə edib ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz: "Nazirliyin deposu tərəfindən kiməsə və ya harasa dərman preparatları verilməyib. Yəni "donuz qripi" ilə bağlı vaksin yoxdur və kiməsə də nəsə verilməyib".(Report)

Məqalədə : Donuz qripi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru