Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2019
14:35
849
Bloomberg: 2030-cu ildə Rusiya iqtisadiyyatına görə Avropada birinci olacaq

2030-cu ildə aparıcı iqtisadi dövlətlərin onluğunda 7 ölkə indii inkişaf etməkdə olan ölkələr olacaq. FaktXeber.com-un Blumberq-ə istinadla verdiyi məlumata görə, Britaniyanın «Standart Çarterd» (Standard Chartered Plc) Bankının analitiklərinin uzun müddətli proqnozlarından bu məlum olub. 

Hesabata görə, 2030-ci ildə dünyanın ən nəhəng iqtisadi ölkəsi Çin olacaq (64,2 trilyon dollar).

Bu müddət ərzində Hindistan iqtisadiyyatının həcminə görə (46.3 trilyon dollar) ABŞ-ı (31 trilyon dollar) qabaqlayacaq, İndoneziya (10.1 trilyon dollar) isə dünyanın ararıcı iqtisadi ölkələr siyahısında dördüncü yerdə qərarlaşacaq.

Siyahını 5-ci yerdə Türkiyə (9.1 trilyon dollar) davam etdirir, ondan sonra isə Braziliya (8.6 trilyon) və Misir (8.2 trilyon dollar) gəlir. 

Rusiya ilk onluğun 8-ci yerində qərarlaşıb.

Siyahının 9-cu yerində Yaponiyanın (7.2 trilyon dollar), 10-cu yerində isə Almaniyanın (6.9 trilyon dollar) adı var.

Proqnoza görə Hindistanın trend inkişafı 2020-ci ilə kimi 7,8 faiz sürətlənəcək, Çininki isə əksinə 5 faiz azalacaq. Bu da onun iqtisadi ölçüsünü nəzərə alaraq təbii enişin əksi olacaq. ÜDM-də Asiyanın payı 2030-cu ildə 35 faizə qalxacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com