Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2019
08:31
654
İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib

Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib.

FaktXeber.com Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər ki, “Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da “TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan “TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.

Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də “TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də “TK 341” saylı uçuşu da ləğv olunub.

İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : aviareys 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2019 19:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com