Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
16:04
741
Azərbaycanla İran arasında terrorçuluğa qarşı mübarizə müzakirə olunub

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət­lərinin işçi görüşü keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, iki ölkənin generalları İranın Biləsuvar şə­hə­rində biraraya gəlib. 

Tərəflər 2018-ci ilin dekabrın 11-də Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunan razılaşmaların icra­sını nəzərdən keçirib, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən bu­ra­xılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərin­də etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri, o cüm­lədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəl­xalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sa­hə­sində sər­­həd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir müba­diləsi aparıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəru­ri­­li­yini vurğulayıblar. 

Azərbaycan və İran iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. 

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən bura­xılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycanla və İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2019 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com