Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
15:07
370
Bakıda `exchange` işçisinə hücum - 81 750 AZN oğurlandı

Bakının Nizami rayonunda valyutadəyişmə məntəqəsinin əməkdaşı soyğunçuların hücumunun qurbanı olub. 

FaktXəbər bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Nizami rayonunun daxili işlər orqanlarından məlumat verilib. 

Yanvarın 8-də saat 18:20-də Qara Qarayev prospektində 93 nömrəli binanın yaxınlığında iki naməlum şəxs “exchange” işçisi olan 40 yaşlı Bakı şəhər sakini Mirzəyev Anar Əfsər oğluna hücum edib. Hücum edənlər Mirzəyevin arxasında gizlənərək onun başına ağır küt alətlə zərbə endiriblər. Qeyd edək ki, hadisə baş verərkən Mirzəyev təzəcə işdən çıxıb evə doğru gedirmiş. Zərərçəkmiş zərbə nəticəsində huşunu itirib. Cinayətkarlar Mirzəyevin əlindəki içində pul olan sellofan torbanı götürərək qaçıb gizləniblər.

Zərərçəkmiş verdiyi ilkin ifadədə torbada 81 750 manat pul olduğunu deyib. Mirzəyev soyğunçuların sifətini görməyib. Ehtimal var ki, cinayətkarlar “exchange” işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. İstintaqın versiyasına görə, hücum edən şəxslər metal predmeti sellofan torbada gizlədiblər və Mirzəyevin başına onunla zərbə endiriblər.

Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanması istiqamətində iş aparırlar. Soyğun faktı ilə bağlı cinayət işi açılıb.

Məqalədə : Bakı exchange AZN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1438

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1194

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1888

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2662

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
45

ABŞ yeni hipersəsli raket hazırlayacaq

20

İyun
15:50
DÜNYA
1643

Sabaha 38 dərəcə isti proqnozu

20

İyun
13:23
ÖLKƏ
1569
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 17:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru