Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
14:45
201
Şəmkirdə bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət edən şəxlər saxlanılıb

30 dekabr 2018-ci il tarixdə gecə saat 02:00 radələrində Şəmkir şəhərində yerləşən mağazalardan birində oğurluq hadisəsinin baş verməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mağazadan ümumilikdə 1400 manat dəyərində tütün məmulatları, enerji içkiləri, nəğd pul vəsati oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımovun FaktXəbər-ə verdiyi məlumata görə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, M. Həsənov bir nəfər yeniyetmə ilə birlikdə ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar. M.Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.

Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şəmkir 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 13:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com