Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
12:44
494
Azərbaycan və İranın sərhəd xidməti rəisləri bu gün görüşəcəklər

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasim Rezai bu gün İranın Ərdəbil vilayətində görüşəcəklər.

Bu barədə jurnalistlərə Q.Rezai bildirib.

Onun sözlərinə görə, ikigünlük danışıqlarda qonşu ölkələr arasında təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi və bir sıra digər məsələlərin müzakirə olunacağı planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Q.Rezainin Bakıya səfəri çərçivəsində Azərbaycan və İran Dövlət Sərhəd xidmətləri arasında protokol imzalanıb.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 14:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com