Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
11:56
809
`Unun qiymətində cüzi bahalaşma var`

“Mən özüm marketlərdə qısa monitorinq keçirmişəm və gəldiyim qənaət belədir ki, hazırda unun pərakəndə satışında, çörəyin qiymətində hər hansı bir bahalaşma yoxdur. Sadəcə topdansatışda cüzi bahalaşmanın olduğu bildirilir”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. 

Unun bahalaşmasına səbəb kimi taxıl idxalının göstərilməsinə münasibət bildirən V. Hüseynov hazırda ölkədə taxıl təminatının yüksək olduğunu söyləyib:

“Hazırda ölkənin taxılla özünütəmin etməsi təqribən 60%-dir. Qalanı isə har zaman xaricdən gətirilir. Ötən il 3,29 milyon ton taxıl istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 12,6 faiz çoxdur və biz bu artım tendensiyasını saxlamağa çalışırıq.

Taxılın keyfiyyətinə gəldikdə isə, müxtəlif sort taxıl bitkiləri əkilir. Bərk buğda, yumşaq buğda becərilir. Keyfiyyət meyarlarına əsasən müəyyən olunur ki, hansı ərzağa, hansı yemə yararlıdır. Burada əsas məsələ odur ki, fermerlərin əkdiyi taxıl ölkəni 58,1% təmin edə bilir. Təminat məsələsi hər zaman belə olub. Dövlət qurumu olaraq biz də fermerlərə subsidiyalar ayırırıq. Hər fermerə ümumilikdə 90 manat məbləğində subsidiya verilir”.

Qeyd edək ki, yeni il başlayandan ölkə ərazisində satılan müxtəlif markalı unların qiymətində bahalaşma müşahidə olunur. Vətəndaşlar deyir ki, əvvəllər 21 manata aldıqları 45 kiloqramlıq “Karmen” ununun kisəsinin qiyməti 25 manat 20 qəpiyə qalxıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Un çörək 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com