Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
10:27
974
`Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur`

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var. Bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə deyib.

O bildirib ki, xəstələrdən 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir.

İnsulin tələb edən xəstələrin 1600 nəfərinin 18 yaşa qədər olan uşaqlar olduğunu deyən Y.İsmizadə əlavə edib ki, qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib.

O qeyd edilib ki, şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb: “Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.

Y.İsmizadə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.

Məqalədə : Yusif İsmizadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
159

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
87

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
105

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
560

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
122

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
190

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1187
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru