Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
10:13
487
Nazirlik doğum evlərində araşdırmalara başlayıb

“Azərbaycanda neonatal skrininq proqramının pilot layihəsi hazırlanıb”.

Bunu K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, artıq skrininq üçün avadanlıq sifariş olunub.

N.Quliyev qeyd edib ki, pilot layihənin hazırlanmasında məqsəd yenidoğulanlar arasında tez-tez rast gəlinən fenilketonuriya, hipotireoz, mukovissidoz, adrenogenital sindrom, qlikogenoz kimiirsi xəstəliklərin erkən diaqnostikasını təmin etməkdir.

Baş pediatr əlavə edib ki, ana südü ilə qidalanmanın kütləviliyini təmin etmək məqsədilə təbii qidalanma üzrə klinik protokollar hazırlanıb, eyni zamanda, doğum evlərində uşaqların qidalandırılması ilə bağlı monitorinqlərə başlanılıb: “Əsas məqsəd ölkədə uşaq ölümü göstəricisini yaxın bir-iki il ərzində inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə çatdırmaqdır”.

O xatırladıb ki, bu ilin 11 ayı ərzində ölkədə 119 769 nəfər uşaq dünyaya gəlib: “2017-ci ilin müvafiq dövrü üçün bu göstərici 126 693 nəfər təşkil edib”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səhiyyə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:20



  (+994 55) 786-96-84

  [email protected]mail.com

Valyuta.com