Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
09:51
1853
Bakıda 1000-ə yaxın reklam lövhəsi dəyişdiriləcək

Azərbaycan Dövlət Reklam Agentliyi Bakıda yeni reklam konstruksiyaları quraşdırıb. Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında ölkəyə xaricdən idxal olunan innovativ texnologiyalı, görünüşcə daha cəlbedici daşıyıcılar artıq paytaxtın mərkəzi küçə və prospektlərində, o cümlədən Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və şəhərin digər küçələrində quraşdırılıb. 

Bildirilib ki, istifadəyə yararsız reklam qurğuları isə yeniləri ilə əvəzlənib. Quraşdırılan 30 ədəd yeni nəsil reklam daşıyıcısı Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Bu reklam qurğuları sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır. 

Agentlikdən qeyd olunub ki, aparılan araşdırmaların nəticəsi olaraq, Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam daşıyıcısının yenilənməsi nəzərdə tutulur. Bu il ərzində daha 240 ədəd yeni reklam qurğusunun quraşdırılması gözlənilir. Daha sonra bu proses mərhələli şəkildə davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq. 

Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.

Məqalədə : reklam lövhəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
182

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
102
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 01:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru