Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
09:36
546
Bakıda evdə partlayış olub, bir ailənin üç üzvü ölüb

Bakıda evdə partlayış olub, bir ailənin üç üzvü ölüb. FHN-dən FaktXəbər-ə bildirilib ki, Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib. Bitişik evlər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2019 19:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com