Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
09:00
Ümumi müsahibəyə qeydiyyat davam edir - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı davam edir. DİM-dən FaktXeber.com-a verilən məlumata görə, ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır. Yanvarın 8-nə olan məlumata görə, 11 nəfər qeydiyyatdan keçib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-dək saat 18.00-a qədər DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.

Məqalədə : inzibati vəzifələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 04:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru