Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
08:52
1331
Qarabağ qaziləri türkiyəli həmkarları ilə futbol oynayıb - FOTO

Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri qardaş ölkəyə səfəri başa çatdıraraq yanvarın 8-də Vətənə qayıdıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin qarşılanma mərasimində “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini hər zaman yüksək həvəslə yerinə yetirdiklərini və bu yolda mətin addımlarla irəlilədiklərini diqqətə çatdırıb.

Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov səfər çərçivəsində keçirdikləri yoldaşlıq oyunu və bir sıra görüşlər barədə məlumat verib, nümayəndə heyətinin qardaş ölkədə yüksək səviyyədə qarşılandığını bildirib.

Sonra federasiyanın rəhbəri Rövşən Akifoğlu və idmançılar Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.

Federasiyanın və milli komandamızın üzvləri şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.

Xatırladaq ki, Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Səfər çərçivəsində “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, daxili işlər naziri Süleyman Soylu ilə görüşlər keçiriblər.

Məqalədə : Qarabağ qaziləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru