Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
16:55
Sürücülərin NƏZƏRİNƏ!
BNA yol hərəkətini pozan sürücü ilə bağlı məlumatları Yol Polisinə təqdim edib

Bakı Nəqliyyat Agentliyi (BNA ) yol hərəkəti qaydasını pozan sürücü ilə bağlı məlumatları Dövlət Yol Polisinə təqdim edib və onunla bağlı protokol tərtib edilib.

Bu barədə FaktXəbər-ə BNA-dan bildirilib.

BNA-dan verilən məlumatda qeyd olunur ki, 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb : “Qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Məsələ ilə bağlı BNA tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43209

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41523

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43113

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42602

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48124

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42641

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43029
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 13:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru