Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
15:52
Bakıda sürücülərə parkinq `SÜRPRİZİ`

Bakı şəhərində parkinqlərə görə ödənişlər qaldırılıb.

FaktXəbər BakuPost-a istinadən bildirir ki, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb. 

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev oxu.az-a bildirib ki, parkinq işləri ilə bağlı ciddi iş aparılır:

“Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda, Neftçilər prospekti-Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

Bu istiqamətdə ciddi iş aparılmaqdadır. İşlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq”.

Yol-nəqliyyat üzrə ekspert Azər Allahverənovun isə açıqlamasında bildirib ki, qiymətlərin iki dəfə artırılması yolverilməzdir:

“Ötən il Bakıda parkinqlərə nəzarət Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilib. İki ay ərzində həmin dayanacaqlar barədə təkliflər hazırlanmalı və işlər tamamlanmalı idi. Lakin 2018-ci ilin axırına kimi bu işlər tam yekunlaşmadı. Bu işlər başa çatmadığı üçün qiymətlər də tənzimlənməyib”.

Ekspert qeyd edib ki, qiymətlərin süni şəkildə kim tərəfindən artırıldığı məlum deyil:

“Burada, sadəcə olaraq, qeyri-rəsmi müstəvi ilə qiymət artırılıb. Çünki həmin dayanacaqlar hansısa MMC tərəfindən idarə edilir. Həmin MMC tərəfindən də qiymətin dəyişdirilməsi barədə qərar verilib. Qiymətin iki dəfə artırılması qanunsuzdur. Parkinqlərdə qiymət siyasətinə nəzər salınmalı və bu problem həll edilməlidir”.

Məqalədə : parkinq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16223

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14872

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16271

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15885

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21249

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15779

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15910
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 12:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru