Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
23:24
DİM 3715 müəllimi qəbul imtahanlarına hazırlayır

Dövlət İmtahan Mərkəzi yanvarın 7-dən etibarən bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələlərə başlayıb.

Qurumdan FaktXəbər-ə bildirilib ki, seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 3715 nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Yanvarın 24-dək davam edəcək seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 3715 nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14927 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər keçiriləcək.

Seminar‑məşğələlərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelindən irəli gələrək istifadə olunacaq cavab vərəqlərinin doldurulma qaydası, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin nəzərinə çatdırılır. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.

İmtahan prosesinin daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Məqalədə : DİM müəllim seminar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru