Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
16:43
588
“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şərq-qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlının, filologiya üzrə fəlsəfə doktorları Abdin Evis Yones Mohamed və Qafar Ocaqlı ilə birgə hazırladıqları “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub.

AMEA-dan FaktXeber.com-a bildiriblər ki, nəşrdə turistlərin ehtiyacına cavab verəcək ən zəruri mövzularda tələb olunan işlək söz və ifadələr tematik bölmələr üzrə qruplaşdırılıb. Həmçinin Azərbaycanın coğrafiyası, tarixi və görməli yerləri, zəngin mədəniyyəti, mətbəxi barədə qısa məlumatlar daxil edilib.

Bələdçi xidməti göstərən tərcüməçilər üçün nəzərdə tutulan danışıq kitabçası ərəb ölkələrindən gəlmiş turistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədilə tərtib edilib. Kitabçadan turizm şirkəti əməkdaşlarının, tarixi məkan, muzey, kafe, restoran, ticarət mərkəzi işçilərinin, nəqliyyat vasitələri sürücülərinin də istifadə etmələri mümkündür.

Kitabçada Azərbaycanın dövlət və milli bayramları, xüsusi günləri, milli adət-ənənələri ilə bağlı söz və ifadələrin də tərcüməsinə yer verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2019 02:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com