Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
10:42
617
Bakıda evakuatorla sərnişin avtobusu toqquşdu - VİDEO

Evakuatorla sərnişin avtobusu toqquşdu: 4 yaralı barədə xəbər varXəstənin vəziyyəti hazırda ağırdır

Ötən gün Binəqədi-Balaxanı yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.

Ötən gün saat 17:00 radələrində “Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, qəzada xəsarət alan 1985-cil təvəllüdlü Mikayılov Bəhruz Ərzalı oğlu, 1985-ci il təvəllüdlü Quliyev Ceyhun Sabir oğlu və 2000-ci il təvəllüdlü Əhmədova Rövşanə Sədiyar qızı ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Avtobusun sürücüsü 1971-ci il təvəllüdlü Mirzəyev Vüqar Zöhrab oğlu isə reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır, o, süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 14:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com