Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
08:58
1473
AİP lideri Horadiz əməliyyatından danışdı
“İnanıram ki, döyüş şəraiti yaradıldığı halda Azərbaycan xalqı düşmən üzərində qəti qələbə çalmağa qadirdir”

Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin uğurla başa çatmasının 25 ili tamam olur.

Məlum olduğu kimi, Silahlı Qüvvələrimiz 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini (Cocuq Mərcanlı kəndi) erməni işğalçılarından azad edib. Döyüşlər zamanı erməni tərəfi böyük itkilər verib.

FaktXeber.com-un Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, həbsdə olan AİP sədri Mövsüm Səmədov yaxınları ilə görüşdə bu tarixi gün münasibətilə öz fikirlərini ifadə edib. O vaxtlar Horadiz əməliyyatının, ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını aldığını vurğulayan AİP lideri ordumuzun həmin döyüşlərdə düşmənə öz gücünü göstərdiyini deyib. M.Səmədov həmçinin Milli Ordunun o vaxtki zəfər yürüşünün davam etdirilmədiyinə təəssüfləndiyini də bildirib: “Təəssüf edirəm ki, həmin dövrdə ordumuzun düşmənə göstərdiyi gücdən sonra əməliyyat öz davamını tapmadı. Nəticədə Qarabağ problemi bu qədər uzandı və ermənilər nəinki Dağlıq Qarabağ, hətta ətraf rayonlarda da sürətlə məskunlaşma siyasəti apardılar”.

AİP lideri sonda öz arzu və inamını da dilə gətirib: “Arzu edirəm ki, bütövlükdə işğal edilmiş Qarabağ torpağı tezliklə düşmən tapdağından azad olunsun. Və inanıram ki, döyüş şəraiti yaradıldığı halda Azərbaycan xalqı düşmən üzərində qəti qələbə çalmağa qadirdir”.

Məqalədə : Mövsüm Səmədov Horadiz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
25

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
91

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
130

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
122

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
663

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
489

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
326

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
277

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
279

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
430
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 14:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru