Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2019
15:55
805
Külək Bakıda 17 ağacı aşırdı

Güclü külək nəticəsində Bakıda 17 ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dünən axşam saatlarından başlayan güclü külək nəticəsində paytaxtın müxtəlif ərazilərində ağacların aşması qeydə alınıb:

“Yasamalda Alatava ərazisində külək çinar ağacını kökündən çıxarıb. Ağacın aşması nəticəsində xəsarət alan olmayıb, lakin maşına ziyan dəyib. Gecə həmin ağac ərazidən götürülüb”.

Orxan Məmmədov qeyd edib ki, ağac aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb:

“Qarağac, çinar, sərv və qovaq ağaclarının budaqları sınıb”. (oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Külək 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 13:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com