Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2019
12:29
561
Ölən və yaralanan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirilib

Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Voronejdə “Birlik” Azərbaycan Cəmiyyətinin sədri Mehdi Mehdiyev Faktxeber.com-a bildirib ki, “Rusiyada diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib” məzmunlu Azərbaycanın bəzi xəbər saytlarında yayılan xəbər təhrif edilmiş və qərəzlidir.

“Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır. Hadisə dekabrın 24-ü saat 11:00 radələrində Voronejdən 300 km aralı Rostov istiqamətində baş verib. Fövqəladə Hallar Nazirliyinin Voronej vilayəti bölməsi xəbər verən kimi, biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda komitə mütəmadi olaraq da proseslə maraqlanıb. İki azərbaycanlı ölmüşdü, yaralılar da var idi. Yaralılar yaxınlıqdakı Boquçar Şəhər Xəstəxanasına yerləşdirildi. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq. Təşkilatımızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Ölənlərin meyitlərini 150 km aralıda başqa şəhər məhkəmə tibbi ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Nəqliyyat və digər xərcləri ödədik. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə təşkil etdik ki, onu Voronejə gətirsinlər. Hazırda Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Axırıncı xəstəni dünən xəstəxanadan çıxardıq, yazın zamana Azərbaycana yola salacağıq”, - M.Mehdiyev deyib.

Diaspor rəhbəri deyir ki, Azərbaycanın bəzi xəbər saytlarının diasporun gördüyü işləri görməzdən gəlməsi orada yaşayan azərbaycanlılarda təəssüf hissi yaradır: “Cəmiyyət olaraq həmin saytlarla əlaqə də saxladıq, vəziyyəti izah etdik. Buna baxmayaraq, təhrif olunmuş köhnə xəbərlər hələ də onlarda saytdadır. Xaricdəki soydaşlarımızın zəhmətinə qarşı belə dəqiqləşdirilməmiş məlumatların yayılması diaspor fəaliyyətimizə məqsədli şəkildə qara yaxma kimi qəbul edirik”.

Məqalədə : Voronej 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
165

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
306

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
937

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
203

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
224

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
332

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
242

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
276

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
220
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 03:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru