Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2019
12:10
Yoldakı çökməyə görə ziyana düşən sürücülərin nəzərinə!

Ötən gün paytaxt Bakının Nobel prospektində çökmə müşahidə olunub. Ərazidən çəkilmiş görüntülərdə yolun avtomobillər üçün nəzərdə tutulmuş hərəkət hissəsində böyük dəliyin əmələ gəldiyi aydın görünür.

Məsələnin səbəblərini araşdırmaq üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.

Faktxeber.com-a danışan qurumun mətbuat xidmətinin rəhbəri bildirdi ki, torpaq laylarında qrunt suları mövcud olur və üzərində yol, bina, müxtəlif tikinti-inşaat işləri aparılır:

“Qrunt suları axın şəkildə olmur. Problem isə qrunt sularının haradansa özünə yer edib axması ilə başlayır. Eyni məsələ Nobel prospektində də müşahidə olunur. Hazırda sızmanın qarşısını almaq üçün kollektorların izolyasiyası aparılır. İzolyasiya işləri bitəndən sonra yol bərpa ediləcək. Bəziləri yolda olan bütün qüsurlara görə bizim agentliyi günahlandırır. Yolun altından keçən kommunikasiya qurğularına görə biz məsuliyyət daşımırıq”. 

Anar Nəcəfli yollarda əmələ gəlmiş dəlik, çöküntü və sair qüsurlardan dolayı vətəndaşların avtomobillərinə dəymiş ziyanın Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ödənilə bilməsi məsələsinə də münasibət bildirib. 

Həmsöhbətimiz vətəndaşların yoldakı nasazlıqlara görə avtomobillərinə dəyən ziyana görə məhkəməyə müraciət etmək hüquqlarının olduğunu bildirdi: “Əgər məhkəmə qərar versə ki, sürücü bizim çəkdiyimiz yol və ya yoldakı çatışmazlıqlar ucbatından zərər çəkib, agentlik dəymiş ziyanı kompensasiya edəcək”.

Məqalədə : Yol Ziyan Anar Nəcəfli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15117

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13772

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15170

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14789

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20140

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14674

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14783
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 22:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru