Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2019
10:14
1561
İslandiyalı qapıçı `Qarabağ`dan ayrılmaq istəyir

“Qarabağ”da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı”.

Bunu “Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə mövsümün ilk yarısını dəyərləndirərkən deyib.

İslandiya millisinin heyətində 2018-ci il dünya çempionatında iştirak edəndən sonra Danimarkanın “Randers” klubundan Ağdam təmsilçisinə keçən 34 yaşlı qapıçı zədəsinin ona problem yaratdığını söyləyib: “Orada çox şey oldu, gözəl anlar da yaşadım. Bəhanə gətirmək istəmirəm, getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyimdən, komandaya daha bir qapıçı - Vaqner da Silvanın transfer edildi. Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdur. Kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kim meydana az çıxırsa, bunun səbəbi olur". 

Bakıda "Sportinq"lə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçında zəif oynadığını etiraf edən Halldorsson həmin görüşdən sonra bir daha meydana çıxmadığını diqqətə çatdırıb. Bununla yanaşı, o, mövsümə daha enerjili başladığını və bir neçə oyunda start heyətdə yer aldığını vurğulayıb. 

Təcrübəli qolkiper sonda gələcək karyerası barədə götür-qoy etdiyini açıqlayıb: “İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm”.

Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb.(Report)

Məqalədə : Hannes Halldorsson 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
256
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru