Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2019
15:05
738
Ağdamda qanunsuz ov edənlər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Faktxeber.com-a verilən məlumata görə, Ağdam rayon Üçoğlan kəndi ərazisində qanunsuz ov etmək istəyən rayon sakinləri Eyvaz Nayıbov və Rafael Piriyev saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan “İj-16” və “İj-12” markalı ov tüfəngləri götürülüb.

Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha bir qanunsuz ovun qarşısı alınıb. Rayon sakini Elçin Heydərov Əfətli kəndi ərazisində qanunsuz ov edərkən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Məqalədə : Qanunsuz ov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
59

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
83

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
153
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 15:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru