Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2019
14:29
354
Kaşıkçı cinayəti ilə əlaqədar 5 şübhəliyə edam cəzası istənilib

Səudiyyə Ərəbistanında Camal Kaşıqçı (Xaşuqi) cinayəti ilə bağlı 11 şübhəlinin ilk  məhkəməsi keçirilib. FaktXeber.com-un məlumatına görə, səudiyyə Prokurorluğu müttəhimlərdən 5-i üçün edam cəzası istəyib.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Sonradan onun diplomatik missiyanın binasında qətlə yetirildiyi məlum oldu.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. 

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. 

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Türkiyə Baş Prokurorluğu Kaşıkçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr isə Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
141

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
117

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1607
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru