Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2019
08:59
Bu il üç dəfə Günəş tutulması baş verəcək

Bu il üç dəfə Günəş tutulması baş verəcək.

FaktXəbər bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Azərtac-a açıqlamasında deyib. O, bunlardan birinin qismən, birinin tam, digərinin isə halqavarı olacağını söyləyib.

İlk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Qismən Günəş tutulması yerli vaxtla saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

İkinci Günəş tutulması isə iyulun 2-3-də baş verəcək. Bu dəfə Günəş tam tutulacaq və iyulun 2-də saat 20:55-07:01-dək, iyulun 3-də isə 00:44-dən 01.02-dək davam edəcək. Təbiət hadisəsi Sakit okeanın cənub hissəsində və Cənubi Amerikada izlənə biləcək.

Üçüncü Günəş tutulması isə halqavarı olacaq. Dekabrın 26-da saat 06:30-dan 12:06-dək baş verəcək Günəş tutulması Asiya-Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ərazilərdən görünəcək.

“Hər üç hadisəni Azərbaycanda 08:03-dən 08:52-dək səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq”, - deyə Xıdır Mikayılov bildirib.

Məqalədə : Günəş tutulması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
274

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
288

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
252

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
368
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru