Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2019
11:10
Azərbaycana ət idxalı illik 10% artıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63 652 min ABŞ dolları dəyərində 43 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub.

Faktxeber.com Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb. Beləliklə, 2018-ci ilin ilk on bir ayı ərzində ət idxalı ölkənin ümumi idxalının cəmi 0,62%-ni əhatə edib.

Komitənin məlumatına əsasən, bu müddətdə ölkədən 1 029 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələrinin ixracı həyata keçirilib. Bu isə ölkə üzrə cəmi ixracın 0,01%-ni təşkil edib.

Bundan başqa, rəsmi məlumata əsasən hesabat dövründə ölkəyə 51 945 min dollar dəyərində diri heyvan idxal olunub, ixrac isə bu müddətdə cəmi 386 min dollar təşkil edib. 

Məqalədə : Ət idxalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
229

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
366

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
295

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
574
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 01:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru