Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Dekabr

2018
16:25
BNA: Xəttə əlavə avtobuslar buraxılacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcək. Həmçinin zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

Bununla yanaşı 31 dekabr axşam saatlarından etibarən yanvarın 1-i gecə saatlarınadək şəhər yollarındakı işıqforların fəaliyyətinə nəzarət adi günlərlə müqayisədə artırılacaq. Sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.

Məqalədə : avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4995

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3398

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2702

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2243
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 22:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru