Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2018
15:25
574
Türkiyə MİT-i Azərbaycanda əməliyyat keçirib

Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatı (MİT) Azərbaycanda əməliyyat keçirərək "FETÖ" şəbəkəsinin üzvünü yaxalayıb. FaktXəbər bildirir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Məlumata görə, "FETÖ" şəbəkəsinə daxil olan Mehmet Gelen adlı müəllim MİT tərəfindən Azərbaycanda yaxalanaraq Türkiyəyə aparılıb.

Türkiyədə "15 iyul" hadisələrindən sonra Azərbaycanda fəaliyyəti dayandırılan "FETÖ"nün məktəblərində müəllimlik edən Mehmet Gelen saxta pasportla Belarusa daxil olmaq istəyib. Belarusun hüquqi prosedurlarından sonra Azərbaycana ekstradisiya olunan "FETÖ"çü müəllim uğurlu əməliyyatla yaxalanaraq Türkiyəyə aparılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FETÖ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 02:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com