Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

28 Dekabr

2018
15:25
565
Azərbaycana 10 santimetrədək qar yağıb - FOTO

Dekabrın 27-si gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

FaktXəbər-in AzərTACa-a istinadən məlumatına görə, dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır.

Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.

Dekabrın 28-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə də ilk qar yağıb.

Qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, ötən il muxtar respublikanın ərazisinə ilk qar dekabrın 7-də, 2016-cı ildə isə oktyabrın 26-da yağıb.

Məqalədə : qar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Heydər Əliyev prospektində zəncirvari qəza - FOTO

23

Aprel
11:47
HÜQUQ,HADİSƏ
568

Bakıda 19 yaşlı qız itkin düşüb

23

Aprel
11:36
HÜQUQ,HADİSƏ
73
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 14:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru