Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2018
11:57
1376
İŞİD-in `İnstagram` səhifəsini idarə etmiş azərbaycanlıya hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlumata əsasən, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, “Abu Cihad” ləqəbli ilə tanınıb.

O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Həmçinin məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan "İnstagram" səhifəsinin sahibi olub.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD İnstagram 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 01:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com