Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2018
09:45
Bakı Olimpiya Stadionu üçüncü məşq meydançası tikəcək

Bakı Olimpiya Stadionu (BOS) illik hesabatını açıqlayıb.

İdman qurğusunun rəsmi saytında yayımlanan hesabat xarakterli müraciətdə BOS-un ilboyu yığmanın UEFA Millətlər Liqasında ev matçlarını və UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın oyunlarını qəbul edərək, futbol və idman ictimaiyyətinin diqqət mərkəzində olduğu vurğulanıb.

İrlandiyanın paytaxtı Dublindı Stadion İdarəetmə üzrə Avropa Sammitində və Hollandiyanın paytaxtı Amsterdamda AVRO-2020 üzrə iş görüşündə BOS-un infrastrukturuna dair təqdimatlar reallaşıbi. BOS Rusiyanın “Matç TV” telekanalı, Finlandiyanın MTV3 kanalı və Fransanın prodüser mərkəzi T2MP tərəfindən çəkilib. Hal-hazırda BOS da daxil olmaqla, Avropanın 5 ən yaxşı stadionu haqqında sənədli film hazırlanır.

BOS bu il digər tədbirlərini də təşkil etməkdə fəal iştirak edib. UEFA-nın kütləvi futbolu üzrə dörd futbol federasiyasının nümayəndələrinin iştirakı ilə seminar, hakimlər üçün normative imtahanı, İdman Araşdırmalar Mərkəzinin il yekunları ilə bağlı mərasim, məktəblilər üçün stadion turları (“Olimpiya” Peşəkar Döyüş Klubu və Sabunçu rayonun İcra Hakimiyyəti ilə birlikdə) təşkil olunub.

Heydər Əliyev Fondu təşəbbüsü və “Sport Marketing Group” təşkilatı ilə keçirilən ənənəvi “Bakı Marafonu”nun finiş nöqtəsi və azarkeşlər zonası da BOS-da olub. Bu ilin may ayında ARDNŞ və “Olimpiya” döyüş klubunun dəstəyi ilə keçirilmiş “WFCA-48” MMA üzrə çempionatı da azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Stadionun məşq meydançalarında “Zirə”, “Səbail”, “Keşlə”, “Kəpəz” kimi futbol klublarının və gənclərdən ibarət milli komandaların təlim-məşqləri təşkil edilib. Əsas meydançada rəsmi matçlara əlavə olaraq, Belarus, Qırğızıstan milli komandaları ilə yoldaşlıq görüşləri reallaşıb. İdman qurğusu atletlər və para-atletlər tərəfindən məşqlər üçün istifadə edilib.

Yaxın gələcəkdə təbii örtüklü üçüncü məşq meydançası istifadəyə veriləcək.

“Futbola stadionda baxarlar” prinsipini rəhbər tutaraq, azarkeşlər üçün 2018-ci il dünya çempionatının oyunları BOS-da quraşdırılmış böyük monitorlarda nümayiş edilib.

AFFA-nın P & G, “D's Damat” şirkətləri ilə sponsorluq müqavilənin imzalanma mərasimləri, CISCO nümayəndələri üçün tədbir, "Gələcəyini qur" proqramın məzunları üçün mərasim, “Hyundai” servis festivalı, onlayn radionun təqdimatı (10line.az), “Neftçi”in “Türk Hava Yolları” ilə müqavilənin imzalanma mərasimi də bu arenada keçirilib.

KİV üçün Milli Mətbuat Günü ilə bağlı futbol turniri təşkil olunub və dekabrda Avropa Liqasına həsr olunmuş intellektual kubok keçirilib.

2019-cu ildə əsas məqsəd 29 mayda keçiriləcək UEFA Avropa Liqasının final matçının uğurlu təşkilidir. Bu futbol bayramına hazırlıq şəraitində, BOS komandası UEFA Avropa Liqasının Yerli Əməliyyat Komitəsi və AFFA ilə birlikdə UEFA nümayəndə heyətini inspeksiya səfəri ilə qəbul edib və Avropa Şurasının Daimi Komitəsinin nümayəndələrinə təhlükəsizlik təqdimatı reallaşıdırıb. 

Məqalədə : Bakı Olimpiya Stadionu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42578

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40955

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42487

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41994

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47507

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41949

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42336
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 19:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru