Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2018
22:18
610
Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır. 

Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib. 

Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : məhkum elektron qolbaq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2019 03:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com