Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2018
14:19
Parklanma üçün nəzarət sistemi yaradıldı – VİDEO

Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların icrası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Faktxeber.com bildirib ki, bu çərçivədə xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib:

“İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradılıb. Həmçinin, dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya təmin edilib.

Sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin, intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir”.

Qurum rəsmisinin sözlərinə görə, artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır:

“Qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair video qeydiyyatın aparılması ilə bağlıdır. Bu da, öz növbəsində, mübahisələndirmə halları olacağı təqdirdə qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir. Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.

Bunu nəzərə alaraq, bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68684

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66127

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67924

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67286

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72757

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66980

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67363
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-03-2021 04:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru