Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
17:01
Dünyada bir ilk: donvurmadan tam müalicə üçün cihaz ixtira olunub

Rusiyanın Tomsk dövlət Universitetinin alimləri donvurmanın müalicəsi üçün  dünyada analoqu olmayan cihaz ixtira ediblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RF Elm və Təhsil Nazirliyi bəyan edib.

Qeyd edək ki, Rusiyanın şimalında donvurma bütün travmatik halların 10-15 faizini təşkil edir. Bunun müalicəsi 2 ay və daha artıq çəkə bilər. Müalicə isə yanıq xəsarətindən 2 dəfə baha başa gəlir. Donvurma 90 faiz hallarda əlilliklə nəticələnir.

Donvurmada adətən ətraflar intensiv qızdırılır. Nəticədə dərinin temperaturu yüksəlir, ona ən yaxın damarlar isə donmuş vəziyyətdə qalır, nəticədə onlar qırılır. Rusiyalı alimlər donvurmanı yüngül mikrodalğalarla müalicəni təklif edirlər. Bu isə  donmuş ətrafı nəinki xaricdən, həm də daxildən  isitməyə imkan verəcək.

Bundan əvvəl cihaz heyvanlar üzərində yoxlanılıb – artıq 4-cü gün  təcrübə dovşanlarının donmuş ətraflarının funksiyası bərpa olunub.

Bildirilir ki, donmuş ətraf  tədricən isidilir: «Seans azı yarım saat çəkir. 1-2 seans kifayət etməlidir», - deyə layihə rəhbəri bəyan edib.

Məqalədə : donvurma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3715

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2723

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2127

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1841
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 16:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru