Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
16:07
1275
Nazir: Bu il Azərbaycan idmançıları 753 medal qazanıb

2018-ci ildə Azərbaycanda idman sahəsində gözlənilən nəticələr əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi idmanda da böyük uğurlar əldə olunub, ölkəmiz bu sahədə də beynəlxalq nüfuz qazanıb. Bunu gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə deyib.

A.Rəhimov bildirib ki, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanmasına zəmin yaradır.

Nazir vurğulayıb ki, 2018-ci ildə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə Azərbaycan idmançıları 263 qızıl, 230 gümüş və 260 bürünc olmaqla ümumilikdə 753 medal qazanıb.

A.Rəhimov əlavə edib ki, Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmək üçün idmançılarımız tərəfindən 17 lisenziya əldə edilib və 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla ümümi 7 medal qazanılıb.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan idman ölkəsi kimi tanınmaqla yanaşı, beynəlxalq federasiyalarda da seçim zamanı ölkəmizə böyük üstünlük verilir. Nazir əlavə edib ki, idmanın maddi texniki bazasının inkişaf etdirilməsi istiqamətində də nailiyyətlər əldə edilib:

“Respublikamızın şəhər və rayonlarında hazırda 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. 2018-ci ildə Lənkəran şəhərində Olimpiya İdman Kompleksi istifadəyə verilib. 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir. Beyləqan OİK isə artıq açılışa hazırdır. Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb. Günəşli qəsəbəsində yeni şahmat məktəbi, Buzovna qəsəbəsində isə idman zalı tikilib istifadəyə verilib. 8 idman zalının tikintisi davam etdirilir”.

A.Rəhimov bildirib ki, növbəti ildə idmançılarımızı ciddi sınaqlar gözləyir: “Gələn il idmançılarımız 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda, o cümlədən digər bir sıra beyəlxalq yarışlarda iştirak edəcəklər. Ümid edirəm ki, idmançılarımız bütün bu vəzifələrin öhdəsindən layiqincə gələcək”.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, 2018-ci il Azərbaycan idmanı üçün uğurlu keçib, idmançılarımız beynəlxalq arenada böyük nailiyyətlər ediblər, ölkəmizdə nüfuzlu beynəlxalq yarışlar uğurla təşkil edilib. Ç.Hüseynzadə növbəti ildə də idman sahəsində ciddi nailiyyətlərin əldə ediləcəyinə inandığını qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
160

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
87

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
105

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
560

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
122

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
190

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1187
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru