Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
15:22
İcbari tibbi sığorta haqlarının MƏBLƏĞİ dəqiqləşdi

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyən  edilib. Bu barədə “Tibbi sığorta haqqında” qanunun 15-10 –cu (İcbari tibbi sığorta üzrə sığorta haqları) maddəsində qeyd edilib.

İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:

1. Xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

Xidmətlər zərfinin əlavə hissəsi üzrə:

Bu Qanunun 15-2.3.1-ci (Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər)  və 15-2.3.2-ci (neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər) maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) - 15-2.3.6-cı (ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar) maddələrində nəzərdə tutulan şəxslərə üzrə - təqvim ili üçün adambaşına 120 manat müəyyən edilib.

Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş icbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

"Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məqalədə : İcbari tibbi sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43950

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42230

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43887

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43329

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48868

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43266

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43681
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 16:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru