Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
14:25
709
Terrorçulara qoşulan azərbaycanlı qadınların geri qaytarılması üçün danışıqlar aparılır

Azərbaycanın 1 000-dən artıq vətəndaşının xarici ölkələrdə, o cümlədən İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulması barədə məlumatlar mövcuddur.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, həmin şəxslərdən 109 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 300-dən çox adamın orada ölməsi barədə məlumatlar mövcuddur, 310 nəfərin vətəndaşlığı artıq ləğv edilib.

Komitə sədrinin müavini bildirib ki, İraqda Azərbaycandan gedən müəyyən qədər qadınlar, azyaşlılar da var və onlar müxtəlif düşərgələrdə yerləşdiriliblər: “Hazırda həmin qadınların və uşaqların ölkəyə gətirilməsi ilə bağlı İraq hökuməti ilə danışıqlar aparılır. Artıq valideynlərini itirmiş 20 uşaq Azərbaycana gətirilib və onların Azərbaycandakı yaxın qohumlarının himayəsinə verilib və bu proses davam etməkdədir. Ancaq orada elə qadınlar var ki, onlar barəsində cinayət işi var, bəziləri məsuliyyətə cəlb olunub, hətta yerli qanunlara görə ölüm hökmünə məhkum olunublar. Ancaq elələri var ki, ətrafında araşdırma gedir və cinayəti olmazsa, onların da ölkəmizə verilməsi barədə danışıqlar qüvvədədir”.

S.Heydərov əlavə edib ki, son il yarım ərzində Azərbaycan vətəndaşlarından İraq və Suriyadakı münaqişələrə qoşulmaları barədə məlumat daxil olmayıb, əksinə ordakıların qaçış prosesi başlayıb: “Ordakıların bir qismi qaçaraq müxtəlif ölkələrdə gizləniblər. Onların müəyyənləşdirilməsi və barələrində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti ölkələrlə danışıqlar davam etdirilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
269

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
178

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
209

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
242

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
273

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
262

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
834

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
640
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 05:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru