Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
13:02
2089
Azərbaycanda talış dilində 225, ləzgi dilində 108 məktəb var

“Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. Milli azlıqların sıx yaşadıqları bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilir. Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnikmədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları, milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir”.

Bunu Azərbaycan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.

O qeyd edib ki, bu qurumlar və ölkədə fəaliyyət göstərən digər QHT-lər Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımları almaq imkanına malikdir: “Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə yardımları göstərilir”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur: “Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir”.

PA-nın şöbə müdiri bildirib ki, Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox orta məktəb var: “Dövlət və özəl ali məktəblərdə rus dilində təhsil almaq üçün bölmələr var. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I- IX siniflər), talış dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir”.

Məqalədə : məktəb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
46

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
50

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
104

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
148

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
111

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
117

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 20:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru