Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
17:12
392
Ermənistanda izədi soyqırımı başlayıb

Erməni Silahlı Qüvvələrində əsgərlərə qarşı işgəncələr, qanunsuzluq halları davam edir. FaktXeber.com-un Ermənistan KİV-lərinə istinadla verdiyi məlumata görə, xüsusi ağır vəziyyət  Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edən hərbi hissələrdə qeydə alınıb.

Forrights.am-ın məlumatına görə, işğal olunmuş Ağdərədə yerləşdirilən hərbi hissədə  kombat  izədi əsgəri vəhşicəsinə döyüb. Ermənistanın Armavir əyalətinin 19 yaşlı sakini olan Yurik Broyanda irsi olaraq psixi xəstəlik var, qardaşı isə epilepsiyadan əziyyət çəkir. Anasının sözlərinə görə, o, məktəbə belə əməlli-başlı getməyib, yazıb-oxumağı bacarmır.

Bununla belə Broyan hərbi xidmətə yararlı hesab olunub və Azərbaycanın işğal olunmuş rayonlarına göndərilib. Ananın sözlərinə görə, oğlunu demək olar ki, qaçırıblar: Avqustun 11-də  tibbi komissiyadan keçmək üçün gedir, ordan isə işal olunmuş torpaqlarımıza yollayıblar. Ana uzun müddət oğlunun axtarışında olub.

Hərbi xidmətə göndərilən anda əsgərin problemləri ortaya çıxıb. 10 gündən sonra isə hərbi hissənin rəisi onu möhkəm döyüb. Broyan ruhi əsəb dispanserinə, sonra isə İrəvan hərbi hospitalına aparılır. Valideynləri burda onunla görüşürlər. Valideynlərinin sözlərinə görə, oğlanlarının vəziyyəti acınacaqlı olub: «Yeriyə, normal danışa, hərəkət edə bilmirdi. Əlində kəsik yaraları var idi»

Yurik Broyan 3 aydan artıqdır ki, danışmır. Ananın sözlərinə görə həkimlər  əsgərlərlə pis davranırlar: onların üstünə qışqırır, lağa qoyurlar. Həkimlərdən biri isə ananı təhdid edərək bildirib ki, uşağının taleyi onun əlindədir: «Get kimə istəyirsən şikayət et, onsuz da baxan olmayacaq».

Yurikin anası məhkəmələrə, müxtəlif instansiyalara müraciət etsə də, şikayətinə baxan yoxdur.

Qeyd edək ki, erməni KİV-lərində yayılan məlumatdan Yurik Broyan hadisəsinin ilk olmadığı görünür. Belə ki, ön cəbhəyə yollamaq üçün xüsusi olaraq  yoxsul və ya xəstə uşaqlar seçilir, hansı ki, onları qurban verməyə təssüflənmirlər. Maraqlıdır ki, bunların arasında monomillət sayılan Ermənistanda yeganə etnik qrup olan izədilər çoxluq təşkil edir.

Məqalədə : işgəncə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
626

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1168
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 01:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru