Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
16:24
297
AFFA `Qarabağ`ı cərimələdi

AFFA İntizam Komitəsinin 2018-ci il üçün son iclası baş tutub. Bu iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarındakı pozuntulara qiymət verilib. 

“Sumqayıt” – “Neftçi” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibi klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın dağıstanlı futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimələnib.

“Sabah” – “Qəbələ” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Sabah”ın paraqvaylı futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimə edilib.

“Keşlə” – “Qarabağ” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 800 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimə ödəməyə məhkum edilib.

Matç başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Futzal üzrə Yüksək Liqa ilə də bağlı qərar çıxarılıb. Belə ki, “Liman” – “Yasamal” FK matçında iştirak etmədiyinə görə meydan sahibi kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

“Araz”  – EKOL matçının 36-cı dəqiqəsində millimizin və Naxçıvan klubunun futzalçısı Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün dörd oyunluq cəzalanıb.

Məqalədə : AFFA “Qarabağ” 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru