Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
15:21
291
İlin son hərracı - 12 dövlət əmlakına 24 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən FaktXəbər-ə verilən məlumata görə, 12 dövlət əmlakı üzrə 24 sifariş qəbul edilib. Belə ki, bu dəfə 1 kiçik dövlət müəssisəsi və 4 nəqliyyat vasitəsi hərracda rəqabət yaradıb.

Kiçik dövlət müəssislərindən biri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşir. Yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərmiş obyektin ümumi faydalı sahəsi 32 kv.m-dir. 1709 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi potensialını artırır, sahibinə geniş biznes imkanları qazandırır. 2 investorun iştirak etdiyi rəqabətli hərracda adıçəkilən dövlət əmlakı 70 min manata özəlləşdirildi. Bu kateqoriyadan olan dövlət əmlaklarından biri də paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsindəki mağaza anbarıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlakın ümumi faydalı sahəsi 85.7 kv.m-dir. Mağaza anbarının müxtəlif xidmət sahələri üzrə fəaliyyəti ilə obyekt investor üçün gəlirli sahəyə çevrilə bilər. Hərracda özəlləşən qeyri-yaşayış sahəsi Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindədir. Bu obyektin ümumi faydalı sahəsi 17,4 kv.m-dir.

Budəfəki hərracda vətəndaşların maraq göstərdiyi nəqliyyat vasitələri Qaz, Mitsubishi, Ford, Nissan və digər markalara aiddir. Rəqabət yaradan avtomobillərdən biri Hyundai Sonata markalı nəqliyyat vasitəsidir. 6 min manat ilkin qiymət təyin olunmuş bu dövlət əmlakını qalib iştirakçı 9 min 800 manat təklif etməklə özəlləşdirib.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir.

Məqalədə : hərrac 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1157

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
72

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 06:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru