Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
09:12
“Xiaomi” şirkəti gənclər üçün “Mi Play” smartfonunu təqdim edib

Gözlənildiyi kimi, “Xiaomi” şirkəti bu gün Çində “Xiaomi Mi Play” adlı smartfonunu təqdim edib.

Smartfon “Full HD” (2280x1080 piksel) formatında tərəflər nisbəti 19:9 olan 5,84 düymlük ekran, 8 meqapiksellik ön və 12 meqapiksellik ikiqat arxa kamera ilə təchiz edilib. Arxa paneldə barmaq izləri skaneri quraşdırılıb.

Bundan başqa, sözügedən aparat 2,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek Helio P35” prosessoru, 4 QB əməli və 64 QB daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Smartfon “MIUI 10” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğunun ölçüsü 147,76x71,89x7,8 mm, çəkisi isə 150 qr-dır. 2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.2”, “GPS + QLONASS” texnologiyaları dəstəklənir.

“Xiaomi Mi Play” aparatı qara, göy və qızılı-çəhrayı qradiyent rənglərdə 159 dollara təklif edilir.

Məqalədə : xiaomi mi play 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
238

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 10:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru