Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
08:49
460
Uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.

FaktXeber.com0-un məlumatına görə, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır.

A.Əliyeva qeyd edib ki, heç bir məktəbəqədər müəssisədə və məktəbdə xəstəliyin artımı müşahidə edilmir:

"Heç bir müəssisədə xəstəliyin ocağı yoxdur. Xəstəliyin tək-tək hallarda müşahidə edilməsi isə adi haldır. Müallicə profilaktika müəssiələrimiz tərəfindən suçiçəyinə yoluxanlara diaqnozun vaxtında qoyulması, onların kollektivdən təcrid olunması, müaynəsi və müalicəsi, RGEM-in yerli şöbələri tərəfindən isə yerlərdə əks-epidemik tədbirlərin aparılması təmin edilir".

Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva qeyd edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur:

"Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır və suçiçəyinə qarşı peyvənd tətbiq edilmir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : suçiçəyi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 01:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com