Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2018
11:06
2188
Qətər iqtisadi mühasirəyə ENDİRİMLƏRLƏ cavab verdi

Qonşu ölkələrin  iqtisadi blokadasında qalan Qətər yerli bazarı canlandırmaq üçün Dubay  təcrübəsindən istifadə edərək, dükanlarda, otel və əyləncə mərkəzlərində kütləvi endirimlər festivalının başlanğıcı barədə elan edib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Shop Qatar adını alan endirimlər mövsümünün rəsmi açılış mərasimində nazirlər, yüksək rütbəli məmurlar, xarici diplomatlar və jurnalistlər iştirak ediblər.

Festivalda ölkə üzrə 14 nəhəng hipermarket iştirak edir. Alıcıları cəlb etmək üçün  əmirlik sirk artistlərin iştirakı ilə əyləncə proqramları, canlı konsertlər, lotoreyalar təşkil edir. 200 rial (55 dollar) məbləğində bazarlıq edən hər bir kəs avtomobil, yaxud 10.000 -100.000 rial (3000-30.000 dollar) mükafat udma şansını əldə edir. Ümumilikdə pul mükafatı və lotoreyalar üçün 1 mln. dollar (3 mln. Qətər rialı) xərcləməyi düşünürlər.

Bundan başqa yanvarın 20-nə qədər davam edəcək festivalda ölkə boyu, o cümlədən elit Banan adasında otellərdə endirimlər nəzərdə tutulub.

Yanvarın 5-də Dohada 1 həftəlik xüsusi dəb rayonu açılacaq, orada  dünya  dizaynerlərinin son kolleksiyaları, həmçinin tanınmış vizajistlərdən master-klass nümayiş olunacaq.

Xatırladaq ki, 2017-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətərlə bütün rabitəni, iqtisadi əlaqələri kəsərək diplomatik əlaqələri dayandırdıqlarını elan etdilər. Onlar münasibətlərin yenidən bərpası üçün Qətərə qarşı 13 şərt irəli sürdülər. Həmin şərtlərdən biri də terroru maliyələşdirməyi dayandırması və «Əl-Cəzirə» telekanalının bağlanması idi. Doha bu tələbləri yerinə yetirməkdən imtina edərək, ona qarşı iqtisadi blokadanı özünün iqtisadi uğurları ilə əlaqələndirdi.

Bundan sonra Qətər rəsmiləri dəfələrlə bəyan etdilər ki, qonşuları Səudiyyə Ərəbistanı və BƏƏ cari hökuməti devirmək üçün yarımadaya hərbi  müdaxilə planlaşdırıbmış, lakin  Küveyt əmirinin vasitəçilik səyləri və Türkiyə tərəfindən hərbi dəstəyi sayəsində öz planlarını dəyişdirmək məcburiyyətində qalıblar.

Məqalədə : Qətər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
850

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
278

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 04:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru