Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
14:59
822
6 tarla işçisinin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində 6 nəfərin ölümünə səbəb olan sürücü - Xalid İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib. Rayonun Şəhriyar kənd sakini, İmanov Xalid Əjdər oğlu idarə etdiyi traktorla tarlaya işçiləri aparan zaman traktor idarəetmədən çıxaraq su kanalına düşüb.

Nəticədə qoşquda əyləşən 7 qadın sərnişindən 6-ı ölüb. Daha iki nəfər isə ağır halda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Dünyasını dəyişən şəxslər - 1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.

Hadisə nəticəsində ölən şəxslər arasında ana və 18 yaşlı əkiz qızları da olub.(report.az)

Məqalədə : Sabirabadda qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
63

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1094

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
431

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
85
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 15:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru