Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
11:35
`Bakı Kart`a yüklənməyən pulları necə bərpa etmək olar? - RƏSMİ AÇIQLAMA

Metro və bəzi avtobusların ödənişi "Bakı Kart" vasitəsilə həyata keçirilir. Amma şəhərin bəzi ərazilərində qurulan "Bakı Kart" terminallarında tez-tez problemlər yaranır.

Bu gün FaktXəbər-ə müraciət edən vətəndaş Emin Həsənli "Bakı Kart"da olan problemlərdən şikayət edib. O bildirib ki, səhər saatlarında Hüseyn Seyidzadə küçəsində dayanacaqda “Bakı Kart” terminalında karta pul yükləməyə çalışıb:

"Terminal kağız və qəpik pul qəbul edirdi. Lakin yüklənən pul balansa oturmurdu. Həmçinin terminalı  pulun ödənilməsi barədə qəbz də vermirdi. Dayanacaqda xeyli insan qalmışdı. Onlarla vətəndaş pul ödəməsinə baxmayaraq, kartında balans yox idi".

Emin Həsənli ümumiyyətlə, bu terminalların tez-tez sıradan çıxdığını vurğulayıb: “Gah yeni kart vermir, gah qəpik, gah da kağız pul qəbul etmir. Bir sözlə, problemlidir. Xahiş edirik, bu problemin səbəbini araşdırasınız”.

FaktXəbər məsələ ilə bağlı "MilliÖn"lə əlaqə saxlayıb. Bildirilib ki, ödəniş terminallarında ciddi problem olmayıb:

"Sadəcə ötən gün axşam saatlarından yağan yağış bəzi terminallarda problemlər yaradıb və  əməkdaşlarımız hazırda həmin problemlərin həlli ilə məşğuldurlar. Terminalların üzərində bizim "qaynar-xətt"imiz qeyd olunub. Zəng edib problemlə bağlı dərhal məlumat verə bilərlər"

“Müşətirinin ödənişi ilə bağlı məsələyə gəldikdə isə deyə bilərik ki, əgər vətəndaş ödəniş edirsə, qəbz çap olunmursa və ödəniş balansa oturmursa, o zaman terminallara yaxınlaşıb, kartı aparata qoymadan Bakı kart bölməsinə keçib, "ödənişin bərpası" seçin, daha sonra karta aparata qoyun. Bundan sonra itirilən məbləğ onun balansına əlavə olunacaqdır”, - deyə "MilliÖn"dən bildirilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də FaktXəbər-ə açıqlamasında bu haqda onlara tez-tez şikayətlər daxil olduğunu bildirib:

“Bizə daxil olan hər şikayəti dəqiq araşdırırıq. Qeyd olunan şikayət "Bakı Kart" terminallarında müşahidə olunmayıb. Bu cür problemlər adətən "MilliÖn" terminallarında  baş verir. Biz ümumiyyətlə bu problemin bir dəfəlik həll edilməsi üçün online ödəmə sisteminə keçilməsinin tərəfdarıyıq. Bunun üçün avtobuslarda gediş haqqlarının ən azı 50 faizi kart sistemi ilə həyata keçirilməlidir.  Hazırda "Bakı Kart"da bu istiqamətdə işlər aparılır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43559

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41875

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43522

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43012

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48502

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43000

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43435
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 04:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru