Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
11:30
`Siqaret çəkmək dağınıq skleroz xəstəliyinə tutulmaq riskini artırır`

"Cinsi yetkinlik yaşlarında qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur. Bu xəstəliyə daha çox gənclərdə, 3-5 faiz halda isə uşaq yaşlarında rast gəlinir".

Bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva deyib.

Onun sözlərinə görə, əgər uşaqlarda qohumlar arasında 1-ci dərəcəli dağınıq sklerozlu xəstələr varsa, bu da onlarda riski 2-4 faiz artır.

R.Şirəliyeva qeyd edib ki, uşaqlarda bu xəstəlik daha kəskin və aqressiv başlayır: "Lakin uşaqlarda böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi ola bilirsə, böyüklərdə bu müddət 8 həftəyə kimi arta bilər. Bundan başqa, uşaqlar böyüklərə nisbətdə orta və ağır əlilliyə daha tez uğrayırlar".

O xatırladıb ki, dağınıq skleroz xəstəliyi daim diqqət mərkəzindədir və ciddi diaqnostik çətinliklər yaradır: "Bəzən dağınıq skleroz xəstələrinə lazım olmayan dərmanlar verilir. Bu da xəstəliyi düzgün müalicə olunmasına maneədir. Siqaret çəkmək və vitamin C çatışmazlığı yüksək risk faktoru kimi qiymətləndirilir. Qəbul edilən dərmanlar əsasən xəstəliyin gedişinə təsir edir və ağırlaşma, eləcə də kəskinləşmənin qarşısını ala bilir".(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3715

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2723

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2137

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1842
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 17:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru