Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
10:07
532
Azərbaycanda yeni avtovağzallar istifadəyə veriləcək

Son 10 ildə Azərbaycan ərazisində 17 avtovağzal (avtostansiya) yenidən qurularaq sərnişinlərin istifadəsinə verilib. Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O qeyd edib ki, hazırda Gəncə Beynəlxalq Avtovağzalı və Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri davam edir.

N.Allahyarova vurğulayıb ki, ümumilikdə ölkə ərazisində 60 avtovağzal (avtostansiya) mövcuddur.

Avtovağzalların (avtostansiyaların) əhalinin və ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz daşınmasının təşkilində böyük rol oynadığını vurğulayan N.Allahyarova bildirib ki, bu baxımdan, ölkəmizdə avtovağzal şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilərək Qafqazın ən böyük Nəqliyyat Qovşağı layihəsi reallaşdırılır.

N.Allahyarova əlavə edib ki, şəhərlərarası sərnişindaşımada dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir.

Məqalədə : avtovağzal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
87

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
61

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
71

Sentyabrın 18-ə gözlənilən hava proqnozu

17

Sentyabr
13:02
ÖLKƏ
125

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
100
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru